
Yunan-Roma və Sərbəst güləşdə qaydalara edilən yeniliklərQeyd: Bu qaydalar hal-hazırda tətbiq edilir. Lakin sentyabr ayında böyüklər arasında keçiriləcək dünya çempionatına qədər bəzi əlavə dəyişikliklər də ola bilər.1. Görüşün vaxtı:- Böyüklər və gənclər (kişi və qadın) arasında görüşlər hər biri 3 dəqiqə olmaqla 2 hissə və hissələr arasında 30 saniyə fasilədən ibarətdir.- Qalib hər iki hissədə qazanılan xalların cəmi nəticəsində müəyyən edilir.- Yeniyetmələr və kiçik yaşlı yeniyetmələr (oğlan və qız) arasında görüşlər hər biri 2 dəqiqə olmaqla 2 hissə və hissələr arasında 30 saniyə fasilədən ibarətdir.- Qalib hər iki hissədə qazanılan xalların cəmi nəticəsində müəyyən edilir.Qeyd: Hissələr arasında fasilə zamanı güləşçilər su içib və nəm salfetkadan istifadə edə bilərlər.2. Görüşün erkən sona çatması:Bir görüş təyin olunmuş vaxt qurtarmadan aşağıdakı vəziyyətlərdə sona çatır:- Güləşçilərdən biri tuş vəziyyətinə düşdükdə;- Rəqib xalçaya çıxmdıqda, zədə aldıqda, diskvalifikasiya olunduqda (3 xəbardarlıq aldıqda və ya kobud surətdə qayda pozuntusu olduqda);- Texniki üstünlük (7 xal fərqi ilə üstünlük) olduqda;- Bir 5 xallıq və iki 3 xallıq fənd icra olunduqda (bu şərtlə ki, fəndi icra edən güləşçi xal hesabı ilə rəqibindən irəlidə olsun). Məsələn: Qırmızı geyimli güləşçi 6:0 hesabı ilə irəlidə olarkən göy geyimli güləşçi 5 xallıq fənd icra edərsə, hesab 6:5 olur və görüş davam edir. Qırmızı geyimli güləşçi 6:1 hesabı ilə irəlidə olarkən göy geyimli güləşçi 5 xallıq fənd icra edərsə, hesab 6:6 olur və görüş davam edir (hər iki vəziyyətdə əks fənd sayılır). Qırmızı geyimli güləşçi 6:2 hesabı ilə irəlidə olarkən göy geyimli güləşçi 5 xallıq fənd icra edərsə, hesab 6:7 olur və görüş texniki üstünlüklə sona çatır. İki 3 xallıq fənd icra olunanda da bu qaydalar tətbiq olunur.3. Challenge (Etiraz):Fəndə görə xal tabloya yazıldıqdan sonra məşqçinin etiraz etmək üçün 5 saniyə vaxtı var. Görüş vaxtı qurtardıqdan sonra məşqçi etiraz edə bilməz. Ancaq görüş bitdikdən sonra xallar tabloya yazılmayıbsa məşqçi etiraz edə bilər. Məşqçinin etirazı güləşçi tərəfindən təsdiqlənərsə qəbul edilər. Məşqçi etiraz zamanı ancaq onun üçün ayrılmış yerdə dayanmalıdır. Əgər məşqçinin etirazı doğru olarsa, təkrar kadrlara baxıldıqdan sonra haqlı olduğu ortaya çıxarsa “etiraz topu” (challenge) məşqçiyə geri qaytarılır. Etiraz zamanı məşqçi hakimlə arasında gərginlik yaradarsa məşqçiyə sarı kart, mübahisə davam edərsə qırmızı kart və yarış zalından kənarlaşdırma qərarı verilir və cərimə olunur.4. Görüşün sonunda xallar bərabər olarsa qalibin müəyyən edilməsi:Bir görüşün sonunda xallar bərabər olanda (1:1, 5:5, 7:7, 9:9 və s.) görüşün qalibi aşağıdakı şərtlərə görə müəyyən olunur.1. Böyük texniki xalı çox olan. 2. Xəbərdarlığı az olan. 3. Sonuncu xalı alan.